Xəbərlər
13.12.2018 - 10:00
ULU ÖNDƏRİN XATİRƏSİ ANILIB

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on beş il keçir.

Ulu öndər Heydər Əliyevin vəfatından sonra görkəmli şəxsiyyətin məzarı xalqımızın müqəddəs ziyarətgahına,  and yerinə çevrilib. Hər il  insanlar Fəxri Xiyabana gəlir, Azərbaycanı dünyaya tanıtmış dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə ehtiramlarını ifadə edirlər.
 Ulu öndərin əbədiyyətə qovuşmasının on beşinci ildönümü günü – dekabrın 12-də Azərbaycan Həmkarlar İttifaqlarının əməkdaşları Fəxri Xiyabanda  ümummilli liderin məzarını ziyarət ediblər.