Xəbərlər
12.12.2018 - 15:00
AMEA DENDROLOGİYA İNSTİTUTUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ QEYD OLUNUB

Tədbir iştirakçıları əvvəlcə İnstitutun Heydər Əliyev muzeyinə baxış keçirmiş, büstü önünə gül dəstələri qoyublar.  Anım mərasimində əvvəlcə Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  İnstitut əməkdaşları iştirak etdiyi anım mərasimini açan AMEA-nın müxbir üzvü Dendrologiya İnstitutunun direktoru, Ulu öndər Heydər Əliyevin müdrik siyasətindən, tarixi uzaqgörənliyindən, Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsindəki xidmətlərindən bəhs edib. O, Heydər  Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixindən, Ulu öndərin Azərbaycana rəhbərliyinin 30 ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etməsini, məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini tumasından  danışıb.

Daha sonra İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, HİK-in sədri Tünzalə Zeyvəliyeva dahi, fenomen şəxsiyyət Heydər Əliyevin həyat yolundan bəhs edən filmi təqdim edərək bu gün Azərbaycanın qazandığı uğurların əsasını Ulu öndərin adıyla bağlı olmasını vurğulayaraq xalqına və vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyevin Ulu öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəldiyini tədbir iştirakçıların nəzərinə çatdırdı.

Bugünkü dövrümüzdə bu  uğurların əsasını qoymuş Ulu öndər Heydər Əliyevin adı  qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.