Xəbərlər
14.03.2019 - 10:00
RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA ƏMƏKDAŞLARIN PULSUZ TİBBİ MÜAYİNƏSİ HƏYATA KEÇİRİLİB

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 2019-cu ilin fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi məqsədilə, 13 mart 2019-cu il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə institutda əməkdaşların tibbi müayinəsi keçirildi. Qeyd edək ki, tibbi müayinələr Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 16, 19 saylı poliklinikaları və Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparıldı. Əməkdaşlar terapevt, nevropatoloq, kardioloq, LOR, USM, oftalmoloq müayinəsindən keçmişlər. Ümumilikdə 215 nəfər əməkdaş bu müayinələrdən yararlana bilmişdir.Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 2019-cu ilin fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi məqsədilə, 13 mart 2019-cu il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə institutda əməkdaşların tibbi müayinəsi keçirildi. Qeyd edək ki, tibbi müayinələr Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 16, 19 saylı poliklinikaları və Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparıldı. Əməkdaşlar terapevt, nevropatoloq, kardioloq, LOR, USM, oftalmoloq müayinəsindən keçmişlər. Ümumilikdə 215 nəfər əməkdaş bu müayinələrdən yararlana bilmişdir.