Xəbərlər
28.03.2019 - 15:00
"ELM GÜNÜ" MÜNASİBƏTİLƏ AMEA DENDROLOGİYA İNSTİTUTUNDA TƏDBİR KEÇİRİLİB

Dövlət başçısı, prezident, cənab  İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında "Elm Günü" (27 mart) təsis edilmişdir.  Azərbaycanda "Elm günü"nün ilk ildönümü ilə əlaqədar, martın 28-də AMEA Dendrologiya İnstitutunda Həmkarlar Təşkilatı Komitəsinin təşkilatçılığı ilə aktual elmi problemlərə həsr edilmiş "Müasir dövrdə dendroloji tədqiqatların aktuallığı" mövzusunda elmi seminar və "Abşeron dendroflorasında invaziv bitki növlərinin tədqiqi"  mövzusunda dəyirmi masa keçirilmişdir.

Eyni zamanda martın 28-də Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə AMEA-nın Dendrologiya İnstitutunda “Bitki aləmi” adlı əl işlərindən ibarət sərgi keçirilib. Sərgidə 150 - yə yaxın əl işləri nümayiş olunub. Alim və ziyalıların, eləcə də dövlət rəsmilərinin qatıldığı tədbirdə maraqlı rəsm əsərlərinə baxış keçirilib. Sərgi ilə yanaşı İnstitutda Açıq Qapı günü keçirilib. Gələn qonaqlar İnstitutun nəznindəki 3 minə yaxın bitki ilə yaxından tanış olublar. İnstitutun direktoru AMEA-nın müxbir üzvü Tofiq Məmmədov belə sərgilərin ayda bir dəfə, açıq qapı günlərinin isə həftədə iki dəfə keçirilməsini vurğulayıb. Məqsəd Azərbaycanın bitki aləminin gələcək nəsillər tərəfindən öyrənilməsi, eləcə də yaşıllaqların sayının artırılması və insanları həmin yaşıllıqların qayğısına qalmaq və sevdirməkdir.

Tədbirin sonunda “Bitki aləmi” adlı foto müsabiqədə nümayiş olundu və ən yaxşı rəsm əsərlərinin müəllifləri mükafatlandırıldı. Müsabiqə qaliblərinə Fəxri Fərman, pul mukafatları, Diplom və Sertifikatlar verildi.