Xəbərlər
15.05.2019 - 11:00
SERBİYA RESPUBLİKASININ TARA ŞƏHƏRİNDƏ “CİNAYƏT QANUNUNDA MƏSULİYYƏT VƏ SANKSİYA” MÖVZUSUNDA KEÇİRİLƏN BEYNƏLXALQ ELMİ KONFRANS

08-12 may 2019-cu ildə Serbiya Respublikasının Tara şəhərində Beynəlxalq Cinayət Hüququ və Kriminologiya Assosiasiyasının təşkilatçılığı ilə “Cinayət qanununda məsuliyyət və sanksiya” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

Konfransda bir çox Avropa ölkələri ilə yanaşı MDB-dən ancaq Rusiya Federasiyası, Belarus Respublikası və Azərbaycanın hüquqşünas alimləri dəvətli olmuşlar.

Respublikamızı Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, hüquq üzrə elmlər doktoru, professor Xanlar Ələkbərov  və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin birinci katibi, hüquq üzrə fəlsəfə doktoru Tehran Şükürov təmsil etmişlər.

Professor X.Ələkbərov və professor H.Qurbanov konfrans iştirakçılarının marağına səbəb olan məruzələr etmişlər.

H.Qurbanov məruzəsində erməni vəhşiliklərindən və Xocalı Soyqırımından sitatlar gətirmişdir. Tərcüməçi bu sitatları qeyd etməyəndə H.Qurbanovun təkidi ilə tərcüməni etmişdir.

Sonda alimlərimizə “Sertifikat”lar verilmişdir.