Xəbərlər
14.04.2019 - 15:00
12 APREL KOSMONAVTİKA GÜNÜ- "GƏLƏCƏYİN MÜHƏNDİSİ" MÜSABİQƏSİ KEÇİRİLİB.

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetarium birgə əməkdaşlıq çərçivəsində və Şamaxı Astrofizika Rəsədxanası, Azərkosmos, Bakı Dövlət Universitetinin dəstəyi ilə 12 aprel “Ümumdünya Kosmonavtika günü”nə həsr olunmuş Bakı şəhər məktəbliləri arasında ”Gələcəyin mühəndisi” müsabiqəsi keçirilib. “Gələcəyin mühəndisi” müsabiqəsinin qiymətləndirilməsi mərhələsi keçirilib.

Müsabiqənin əsas məqsədi məktəblilərin astonomik biliklərinin əhatəsinin genişləndirməsi, onların kosmik sənayeyə marağının artırılması, astronomik maarifləndirilmə sahəsində məktəblilərin bu sahə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, məktəblilərin astronomiya dərnəklərində fəal iştirakının təmin edilməsi və onların arasında kosmik mühəndisliyin təbliği, ictimai diqqətin cəlb edilməsindən ibarətdir.
“Gələcəyin mühəndisi” müsabiqəsi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı şəhər ümumtəhsil müəssisələrinin V-VIII və IX-XI sinif şagirdləri arasında 2 yaş qrupu çərçivəsində (fərdi və qrup şəklində) keçirilib.
Müsabiqə Təşkilat Komitəsinin tərəfindən yaradılmış astrofiziklər, mühəndislər və bu sahənin mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətinə Firuzə Sultan-zadə - Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, Famil Mustafa - TUSİ-BOHM Planetariumun direktoru, Mirnamik Bəşirov - Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi, Böyükbəy Vəzirov - Azərkosmosun peyk mühəndisi, Fuad Dadaşov - Milli Aviasiya Akademiyasının böyük elmi işçisi daxil edilib.
Hər bir münsif tərəfindən iştirakçıların hər bir kateqoriya üzrə 5 ballıq qiymətləndirmə sisteminə uyğun (ümumilikdə max. 25 bal) rəqabət qabiliyyətləri qiymətləndirilib.
Müsabiqəyə 24 məktəb üzrə 63 iştirakçı hazırladıqları 54 maket ilə qatılıblar.