Xəbərlər
24.06.2019 - 17:00
XIZI KƏND TƏSƏRÜFATI İSTEHSALAT KOMPLEKSİNİN TORPAQ SAHƏSİ HAQQINDA

AMEA Rəyasət Heyətinin 03 oktyabr 2018-ci il tarixli iclasında AMEA-nın “Xızı Kənd Təsərüfatı İstehsalat Kompleksinin torpaq sahəsindən daha səmərəli istifadə haqqında” müvafiq qərar qəbul edilmişdir. Qərarı icra etmək üçün AMEA-İşlər İdarəsinin müdiri,siyasi elmlər doktoru Fətəli Abdullayevin sədrliyi ilə komissiya yaradılmışdır. Həmçinin “AMEA-nın əməkdaşlarının bağçılıq-bostançılıq məqsədi ilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və həmin sahələrdə istifadə olunması Qaydaları” AMEA Rəyasət Heyətinin 14 dekabr 2018-ci il tarixli 17/5 saylı Qərarı ilə təsdiq edilmişdir. 
2019-cu ilin fevral ayının axırlarında AMEA-nın institutlarının müdiriyyəti ilə HK tərəfindən Xızı rayonunun Yarımca kəndində AMEA-ya aid olan torpaq sahələrindən istifadə etmək üçün əməkdaşların müraciətlərinə əsasən onlara aid müvafiq sənədlər hazırlanaraq yuxarı təşkilata təqdim olunmuşdur.
Yaradılmış komissiya tərəfindən yuxarıda qeyd edilən qərarların yerinə yetirilməsi üçün müvafiq işlər görüımüşdür. İyunun 21-də torpaq sahələrinin paylanmasına start verilmişdir. İlk növbədə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə (FRTEB) daxil olan: Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu(RMİ), İdarəetmə Sistemləri İnstitutu (İSİ), Radiasiya Problemləri İnstitutu (RPİ), İnformasiya Texnologiyaları İnstitutu (İTİ) və Biofizika İnstitutu, həmçinin, Bölmənin əməkdaşlarına Xızı rayonu Yarımca kəndində ayrılmış torpaq sahələrinin bölüşdürülməsi həyata keçirilmişdir. Bu iş AMEA İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev tərəfindən həyata keçirilmişdir. FRTEB-ə daxil olan institutların, o cümlədən Fizika İnstitutunun əməkdaşlarına ayrılan torpaq sahələri bölüşdürülərək paylanmışdır. 
Torpaq paylanmasında Fizika, RPİ, RMİ, İSİ, İTİ, Biofizika İnstitutunun və bir sıra instituların Həmkarlar təşkilatlarının sədrləru, ümumi işlər üzrə direktor müavinləri, torpaq sahəsi ayrılmış İnstitutların əməkdaşları da iştirak etmişdir. 
Fizika İnstitutunun HK sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova da həmin tədbirdə iştirak etmiş və torpaq sahələri verilmiş əməkdaşların bu torpaqlardan səmərəli istifadə etməyi,