Xəbərlər
20.06.2019 - 11:00
“MƏRDƏKAN” İSTİRAHƏT DÜŞƏRGƏSİ FƏALİYYƏTƏ BAŞLAYIB

AMEA əməkdaşlarının ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədi ilə 20 iyun 2019-cu ildə Dendrologiya İnstitutunun nəzdində  “Mərdəkan” istirahət düşərgəsi I növbə üçün fəaliyyətə başlayıb. Akademiya əməkdaşlarının 25 övladı 7-14 yaş qrupu arası I növbədə istirahət üçün yay düşərgəsinə göndərilib.

Qeyd edək ki, Məktəbli uşaqların düşərgədə istirahət müddəti 14 gün olmaqla 5 növbədə təşkil olunacaq. Bir növbə üçün yol vərəqəsinin qiyməti 250 manat təşkil edir ki, bunun 100 manatı valideyn tərəfindən, 150 manatı isə Həmkarlar Təşkilatı tərəfindən ödəniləcək.