Xəbərlər
03.07.2019 - 15:00
FİZİKA İNSTİTUTUNDA TORPAQ BÖLGÜSÜ

AMEA “Xızı Kənd Təsərüfatı İstehsalat Kompleksinin torpaq sahəsində daha səmərəli istifadə haqqında” müvafiq qərara uyğun olaraq bu gün Fizika İnstitutunun torpaq sahələri verilmiş əməkdaşlarla müqavilələr imzalanıb. Müqavilə AMEA “Xızı Kənd Təsərüfatı İstehsalat Kompleksi”nin direktoru Vəliyəddin İbrahimovla Fizika İnstititunun 23 nəfər əməkdaşı arasında bağlanıb. Tədbirdə AMEA İşlər İdarəsinin Sosial məsələlər üzrə şöbəsinin aparıcı mütəxəssisi Raziyə Əzməmmədova və İşlər İdarəsinin mühasibatlığının baş mütəxəssisi Səbinə Səməd-zadə iştirak edib.