Xəbərlər
07.10.2019 - 15:00
“AŞIQ MUSİQİSİ AXŞAMLARI” LAYİHƏSİ KEÇİRİLƏCƏK

7 oktyabr 2019-cu il tarixində saat 18:00-da Beynəlxalq Muğam Mərkəzində AMEA-nın Folklor İnstitutunun dəstəyi ilə “Aşıq musiqisi axşamları” layihəsi keçiriləcək.

Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

Tədbir çərçivəsində Qazax, Gədəbəy, Tovuz, Kəlbəcər, Borçalı aşıqları Azərbaycan Qərb aşıq məktəbindən nümunələr səsləndirəcəklər.

©www.science.gov.az saytına istinadən.