Xəbərlər
28.01.2020 - 12:00
AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA MİLLİ OFTALMOLOGİYA MƏRKƏZİNİN AVTOMOBİL SƏYYAR KLİNİKASI 29 YANVAR 2020-Cİ İL TARİXİNDƏ AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASINDA (AMEA) TİBBİ AKSİYA KEÇİRƏCƏK.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının həkim heyəti AMEA-nın əməkdaşlarına tibbi xidmət göstərəcək. Humanitar aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək və onlar arasında refraksiya anomaliyalarının aşkarlanmasından ibarətdir. Eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.

QEYD: Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır və bu Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. 2005-ci ildən Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası və bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb. Bu gün dövlət səviyyəsində göz xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş çoxlu sayda tədbirlər həyata keçirilir. Bu aksiya da bu tədbirlər çərçivəsində reallaşdırılır.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 73 həqiqi üzvü və 114 müxbir üzvü var.

NƏ VAXT, HARADA: 29 yanvar 2020-ci il, Azərbaycan Milli Elmər Akademiyası., Hüseyn Cavid prospekti. Saat 09:00-16:00

Əlaqə: Mob: (+994) 514338116, (012) 5682890. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat,tədris və təşkilati-metodik bölməsi.  email: oftalmoloqlarcemiyyeti@gmail.com