Xəbərlər
21.01.2020 - 10:00
20 YANVAR FACİƏSİNİN 30-CU İLİ

Minlərlə insan Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edib. 

Artıq 30-cu ildir ki, Xiyabana gələn paytaxt sakinləri şəhid məzarları önünə tər qərənfillər düzür, 20 Yanvar faciəsində həlak olan qəhrəman Vətən övladlarının xatirəsini böyük ehtiramla yad edirlər.
Həmin gün Azərbaycan həmkarlar ittifaqlarının əməkdaşları da Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının məzarını ziyarət edib, xatirələrini dərin ehtiramla anıblar.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 30 il ötür. 30 il əvvəl Azadlıq meydanına və paytaxtın küçələrinə yeridilən sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın vətənsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədiblər.