Xəbərlər
29.01.2020 - 15:00
AMEA-NIN 113 ƏMƏKDAŞI OFTALMOLOJİ MÜAYİNƏDƏN KEÇİB

Yanvarın 29-da AMEA-nın Azad Həmkarlar İttifaqının və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə akademiya əməkdaşlarının ödənişsiz göz müayinəsi həyata keçirilib.

Tibbi aksiya zamanı AMEA-nın 113 əməkdaşı oftalmoloji müayinədən keçib.

Müayinə olunanlarda akkomodasiyanın spazmı, konyunktivit, presbiopiya, miopiya, hipermetropiya, quru göz sindromu, astiqmatizm, katarakta və s. göz xəstəlikləri aşkarlanıb.

Humanitar aksiyanın keçirilməsində məqsəd pasiyentləri operativ şəkildə müayinə-müalicə etmək, onlar arasında refraksiya anomaliyalarının aşkarlanması, eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq və əldə edilən nəticələri müzakirə etmək olub.

Aksiyanın mart ayında yenidən keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycanın rayon və şəhərlərində göz xəstəliklərinin qarşısının alınması istiqamətində mütəmadi tibbi aksiyalar həyata keçirir və bu, Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur.