Xəbərlər
31.01.2020 - 11:00
AMEA ƏMƏKDAŞLARININ TİBBİ MÜAYİNƏSİ HƏYATA KEÇİRİLİR

Yanvarın 31-də AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə "Medera Hospital" tərəfindən növbəti dəfə akademiya əməkdaşlarının ödənişsiz tibbi müayinəsinə başlanılıb.

AMEA-nın Əsas binasında baş tutan və gün ərzində davam edəcək aksiya çərçivəsində xəstəxananın təcrübəli kardioloq, nevroloq, nevropatoloq və terapevt həkim heyəti tərəfindən başda əmək veteranları olmaqla, əməkdaşlar mədə-bağırsaq, qida borusu, sinir, eləcə də ürək-damar sistemi xəstəlikləri və baş-boyunla əlaqədar üzvlərin tibbi müayinəsindən keçirlər. Eyni zamanda, AMEA əməkdaşlarına aşkarlanan xəstəliklərin müalicə üsulları izah olunur, müvafiq tövsiyələr verilir. Bu aksiya Akademiya əməkdaşları tərəfindən yüksək qiymətləndirilir və onlar “MedEra Hospitalı”nın həkim kollektivinə öz təşəkkürlərini bildirirlər.

Qeyd edək ki, bu cür aksiyaların il ərzində mütəmadi keçirilməsi nəzərdə tutulub.