
Məlumat verildiyi kimi, Çin Xalq Respublikasının Uxan şəhərində yeni növ təhlükəli virus (coronavirus 2019-n CoV) aşkarlanmış və insandan-insana keçmə (yoluxma) xüsusiyyəti olduğuna görə bu virusa yoluxan insanların sayında kəskin artım müşahidə olunmuşdur. Dünya Səhiyyə Təşkilatı kəskin respirator xəstəliklərin yayılması riskinin azaldılması məqsədi ilə aşağıdakıları tövsiyə edir: Göründüyü kimi, xəstəliyin yayılması riskinin azaldılması məqsədi ilə görülməli olan adi tədbirlərin alınması o qədər də çətin və vaxtaparan deyildir. Bütün idarə, müəssisə və təşkilatların Həmkarlar Təşkilatlarına tövsiyə olunur ki, əmək kollektivləri ilə birgə yuxarıda göstərilən qabaqlayıcı tədbirlərin görülməsi üçün işçilər arasında təbliğat-təşviqat işlərini gücləndirsinlər.