
Çin Xalq Respublikasının Uxan şəhərində “coronavirus 2019-n CoV” infeksiyasının yayılması nəticəsində 20 mindən çox insanın yoluxması və 460-dan artıq insanın həyatını itirdiyi haqda məlumatlar verilir. Artıq infeksiya insandan-insana keçməklə dünyanın 20-dən çox ölkəsində intensiv şəkildə yayılmaqdadır. Bu virus özü geniş risk qrupuna mənsub olsa da, onların yalnız altı növü insandan-insana ötürülə bilər. Məsələnin ciddiləşdiyini nəzərə alaraq əmək kollektivlərində aşağıda göstərilən maarifləndirici tədbirlərin görülməsi insanlar arasında xəstəliyə yoluxma riskini azalda bilər. Xəstəliyin əlamətləri təqribən aşağıdakılardan ibarətdir. - Qızdırma ilə başlayan xəstəlik daha sonra öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra xəstədə təngnəfəslik, baş ağrısı, asqırma, böyrək çatışmazlığı və bir çox ağırlaşma halları baş verməklə xəstənin hospitalizasiya olunması üçün ehtiyac yaranır. - Virusla bağlı simptomların əksəriyyəti xəstəxanada müalicə vaxtı əldə olunaraq toplanılır və digər simptomların olacağı hallar istisna edilmir. - Virusun insandan-insana asanlıqla ötürülməsi artıq sübut olunmuşdur və başqa canlılardan da insanlara ötürülməsi istisna olunmur. Mütəxəssislər belə hesab edirlər ki, hazırda yeni koronovirusun səbəb olduğu orta və ağır respirator xəstələrinin sayı rəsmi rəqəmlərdən xeyli artıqdır. Virusun mutasiya edə biləcəyi haqda fikirlər belədir: - virusların mütəmadi olaraq dəyişib inkişaf edəcəyini gözləmək olar və bunun nəticəsində daha ağırlaşmış hallar da ola bilər. Mutasiya nəticəsində onun insandan insana keçməsi asanlaşa bilər, həmçinin xəstəliyin simptomları da kəskinləşə bilər. Bu infeksiyon xəstəliyi necə məhdudlaşdırılıb, qarşısını almaq olar?