Xəbərlər
11.02.2020 - 14:00
TORPAQŞÜNASLIQ VƏ AQROKİMYA İNSTİTUTUNDA “CORONOVİRUS 2019-N COV” EPİDEMİYASI İLƏ BAĞLI MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRLİB

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  Həmkarlar Təşkilatının təşkilatçılığı ilə coronovirus 2019-n CoV epidemiyasının yayılması ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə iclas  keçirilib.Tədbiri giriş sözü ilə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. O, Çindən başlayaraq dünyaya yayılan koronavirusla  mübarizə tədbirlərinin keçirilməsinin, cəmiyyətimizdə maarifləşdirmə işlərinin aparılmasının vacibliyinin qeyd edib. Daha sonra çıxış edən  AMEA Azad Həmkarlar İttifaqının  sədri, h.e.d. professor Habil Qurbanov Akademiyanın elmi müəssisələrində maarifləndirici tədbirlərin həyata keçirilməyə başlanıldığını vurğulayıb. Yasamal Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin Əmək gigiyenası  və ətraf mühitin mühafizəsi bölməsinin müdiri həkim Sevinc Ağalarova,  həkim, epidemioloq Kəmalə Cəlilova koronavirusu, virusla yoluxmanın  ilk simptomları, ondan qorunma yolları haqda tədbir iştirakçılarına geniş məlumat veriblər.

      Həkimlər bildirib ki, hələ ölkəmizdə bu virusla yoluxma faktı qeydə alınmayıb. Səhiyyə Nazirliyi tərəfindən  qabaqlayıcı tədbirlərinin görülməsi məqsədilə göstəriş verilib. Həmçinin həkimlər bu virusa immunitet sistemi zəif olanların xüsusilə qocalar və uşaqların yoluxma riskinin daha çox olduğunu bildiriblər.Virusdan qorunmaq üçün profilaktik tədbirlərin əhəmiyyətini qeyd edən həkim, epidemioloq Kəmalə Cəlilova, tez-tez əlləri yumaq, bol maye qəbul etmək, gigiyenik qaydalara əməl etmək, immuniteti gücləndirmənin vacib olduğunu qeyd edib. Tədbirin sonunda həkimlər tədbir iştirakçılarının suallarını geniş çəkildə cavablandırıblar.