Xəbərlər
16.03.2020 - 13:00
AMEA FİZİKA İNSTİTUTUNDA NOVRUZ ŞƏNLİYİ KEÇİRİLİB

Martın ayının 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbir “Cıdır Düzü” restoranında təşkil edilib. Novruz bayramına həsr olunmuş tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, akademik Arif Həşimov, AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov iştirak ediblər.
Tədbiri giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. O, bayram tədbirinin təşkilinə görə İnstitutun Həmkarlar Komitəsinin sədri Sitarə Bağırovaya minnətdarlığını bildirib. Daha sonra qarşıdan gələn bayram münasibəti ilə əməkdaşları təbrik edib. N.Məmmədova kollektivə elmi və şəxsi işlərində uğurlar arzulayıb.
Habil Qurbanov Fizika İnstitutunun kollektivinə səadət və bütün işlərində uğurlar arzu edib.
Sitarə Bağırova da çıxışında tədbir iştirakçılarını təbrik edib. Novruzun hər bir evə və ailəyə bol ruzi-bərəkət, xalqımıza sülh və əmin-amanlıq gətirməsini arzu edib.
Tədbirdə AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, akademik Teymur Kərimli, akademik Arif Həşimov, Fizika İnstitutunun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, İnstitutun Qadınlar Şurasının sədri, AMEA-nin müxbir üzvü Səlimə Mehdiyeva və digərləri də bayram münasibəti ilə kollektivi təbrik ediblər.