Xəbərlər
21.04.2020 - 12:00
AMEA ŞƏKİ REM -İ YAŞLILARA VƏ AZTƏMİNATLI AİLƏLƏRƏ MÜXTƏLİF ƏRZAQ MƏHSULLARINDAN İBARƏT YARDIM GÖSTƏRİB

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə AMEA Şəki Regional Elmi Mərkəzində də karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri davam etdirilir.

21 aprel 2020 ci il tarixində Azad Həmkarlar ittifaqı Komitəsin xətti və təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına uyğun olmaqla çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də aztəminatlı ailələrə ərzaq yardımları paylanmışdır.
Şəki REM Həmkarlar Komitəsin sədri və komitənin üzvüləri qəsəbədə yaşayan 20 ailəyə (tənha, yaşı 65-dən yuxarı olan, o cümlədən aztəminatlı və imtiyazlı) baş çəkərək onlara ərzaq yardımları paylayıblar.
Yardım təqdim edilən vətəndaşlarla maarifləndirici söhbətlər aparıb,xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırıblar.