Xəbərlər
10.04.2020 - 12:00
AMEA-NIN DENDROLOGİYA İNSTİTUTU AZTƏMİNATLI İŞÇİLƏRƏ YARDIM GÖSTƏRİB

Koronavirus pandemiyası dövründə AMEA-nın Dendrologiya İnstitutu bu gün “Biz birlikdə güclüyük!” şüarı altında aztəminatlı işçilərə yardım göstərib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

AMEA - nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, həmkarlar ittifaqı komitəsinin sədri Tünzalə Zeyvəliyeva Azad Həmkarlar İttifaqı Komitəsinin xətti ilə institutun aztəminatlı ailələrinə ərzaq yardımı paylayıb.