Xəbərlər
17.04.2020 - 13:00
KORONAVİRUS PANDEMİYASI DÖVRÜNDƏ AZAD HƏMKARLAR İTTİFAQININ GÖRDÜYÜ İŞLƏR

Azad Həmkarlar İttifaqı (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması üçün pandemiyanın ilk yayıldığı dönəmlərdə mütəmadi olaraq AMEA-nın institut və təşkilatlarına Sanitar Epidemoloji Mərkəzdən həkimlər dəvət edərək əməkdaşlara tibbi profilaktik qorunma yollarını izah etmişdir.

13.03.2020-ci il tarixində AMEA-nın prezidenti,akademik Ramiz Mehdiyevin imzaladığı "Koronavirusla bağll profilaktik tədbirlər haqqında" sərəncamın icrasını təmin etmək üçün AMEA-nın binasında koronavirus (COVİD-19) infeksiyasının qarşısını almaq məqsədi ilə  tibbi profilaktik dezinfeksiya işləri aparılmışdır.

İnfeksiyanın yaratdığı fəsadlar,ondan necə qorunma yolları,təhlükənin qarşısını almaq məqsədi ilə əməkdaşlara maarifləndirici məlumatlar verilib.

Əməkdaşların sağlamlıqlarının qorunması məqsədi ilə xüsusi dezinfeksiyaedici məhlullar alınıb binanın giriş hissəsinə yerləşdirilmişdir.

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov öz əmək haqqının 50 %-i Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Koronavirus pandemiyası dövründə İlk Təşkilatlarda aztəminatlı ailələrə ərzaq alınıb paylanılmışdır.