Xəbərlər
20.05.2020 - 14:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ TƏŞKİLATÇILIĞI İLƏ RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA PANDEMİYA DÖVRÜNDƏ AZTƏMİNATLI ƏMƏKDAŞLARA ƏRZAQ YARDIMI EDİLDİ

      Tədbiri giriş sözü ilə açan Riyaziyyat və Mexanika İnstitutun HİK-nin  sədri dos. İradə Mirzəzadə qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək, mərhəmət, şəfqət və bərabərlik rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunmasını arzulamış, eyni zamanda ölkəmizdə milli mənəvi dəyərlərin möhkəmləndirilməsinə dövlət səviyyəsində hər zaman diqqət yetirildiyini qeyd etmişdir. Həmçininin təşkilat sədri dos. İradə Mirzəzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz milli və dini tolerantlıq baxımından bütün dünyaya nümunə olduğunu vurğulamışdır. Daha sonra dünyada eləcədə Azərbaycanda yayılmış Covid-19 infeksion xəstəlik barədə məlumat verərək Həmkarlar İttifaqının sədri dos. İradə Mirzəzadə bildirmişdirki, dövlət başçısının ciddi nəzarəti altında koronavirusun  yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür. Bunun nəticəsi olaraq hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur.

    Koronavirusun yayılmasının qarşısını almaq üçün digər dövlətlərdə olduğu kimi elecədə Azərbaycanda sosial izolyasiya tətbiq edilmiş, idarə, müəssisələr müvəqqəti fəaliyyətini dayandırmışdır. Bütün bunları nəzərə alaraq dövlət başçısının qayğısı nəticəsində bir sıra az təminatlı ailələrə, müvafiq dövlət qurumlarında işləyən əməkdaşlara yardımların göstərilməsi tapşırılmış və həyata keçirilmişdir.

    Çıxışının sonunda Təşkilat sədri dos. İradə Mirzəzadə AMEA Azad Həmkarlar İttifaqına pandemiya dövründə aztəminatlı əməkdaşlarımıza ərzaq yardımı alınıb paylanmasına maddi dəstək göstərdiyinə görə təşəkkürünü bildirdi və Riyaziyyat ve Mexanika İnstitutunun 20 nəfər aztəminatlı əməkdaşına zəruri ərzaq məhsullarından ibarət yardım payladı.