Xəbərlər
21.05.2020 - 16:00
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI (AMEA) AZAD HƏMKARLAR İTTİFAQININ VƏ FİZİKA İNSTİTUTUNUN HƏMKARLAR KOMİTƏSİNİN DƏSTƏYİ İLƏ SOSİAL VƏZİYYƏTİ AŞAĞI OLAN ŞƏXSLƏRƏ ƏRZAQ YARDIMI EDİLİB.


Tədbiri giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. O, ilk olaraq əməkdaşları “Ramazan Bayramı” və “28 May Respublika günü” münasibəti ilə təbrik edib. O, ərzaq yardımının, əsasən, gözətçilərə, xidməti otaqları yığışdıranlara, texniki işçilərə, şəhid ailələrinə və məcburi köçkünlər üçün nəzərdə tutulduğunu vurğulayıb.

AMEA Azad Həmkarlar İttifaqının sədri professor Habil Qurbanov çıxışında bildirib ki, hazırda dünya COVİD-19 yeni növ koronavirus pandemiyasından əziyyət çəkir. Virusdan həm özünü qorumaq, həm də yaxınlarını qorumaq hər bir vətəndaşın üzərinə düşür. Bunun üçün insanlar deyilən qaydalara əməl etməli, maska taxmalı, sosial məsafəni saxlamalı və dezenfeksiya vasitələrindən istifadə etməlidirlər. H.Qurbanov yardımın həm bayramlar, həm də koronovirusa görə təşkil olunduğunu qeyd edib.
Həmkarlar Komitəsinin sədri Sitarə Bağırova İnstitutun əməkdaşlarını qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib. Əməkdaşlara pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara əməl etməyi, özlərini və yaxınlarını qorunmağı tövsiyə edib.