Xəbərlər
22.05.2020 - 14:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ TƏŞKİLATÇILIĞI İLƏ FƏLSƏFƏ İNSTİTUTUNDA PANDEMİYA DÖVRÜNDƏ AZTƏMİNATLI ƏMƏKDAŞLARA ƏRZAQ YARDIMI EDİLDİ

Yeni yaranan “COVİD-19” virusu dünyanın hər yerində olduğu kimi respublikamızda da  böyük təşvişə səbəb oldu. Pandemiyadan ən az zərərələrlə qurtulmaq üçün Prezident İlham Əliyev ölkə əhalisini birıikdə olmağa, birlikdə mübarizə aparmağa çağırdı. Bu çağırışdan sonra ölkəmizdə müxtəlif təqdirəlayiq tədbirlər həyata keçirilməyə başlandı. Bu tədbirlərə AMEA Azad Həmkarlar İttifaqı da qoşuldu. Bu gün AMEA-nın Fəlsəfə İnstitutunun Həmkarlar Təşkilatı da Azad Həmkarlar İttifaqı ilə birlikdə Prezidentin “Biz birlikdə güclüyük” çağırışına qoşularaq İnstitutun 30 nəfər əməkdaşına  ərzaq yardımı göstərib.  Pandemiya ilə əlaqədar olaraq işə çıxa bilməyən aztəminatlı əməkdaşların ərzaq yardımları evlərinə aparılıb.