Xəbərlər
05.06.2020 - 15:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ İLK TƏŞKİLATI OLAN ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA PANDEMİYA İLƏ ƏLAQƏDAR OLARAQ İNSTİTUTUN AZTƏMİNATLI ƏMƏKDAŞLARINA ƏRZAQ YARDIMI GÖSTƏRİLİB

AMEA Azad Həmkarlar İttifaqı və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Həmkarlar təşkilatı tərəfindən hazırkı pandemiya vəziyyəti ilə əlaqədar ehtiyacı olan əməkdaşlara yardım göstərilib. 

İnstitutun Həmkarlar Təşkilatının sədri, t.ü.f.d., dosent, Sübhan Talıblının təşkilatçılığı ilə həyata keçirilən tədbirdə 35 əməkdaşa yardım edilib. Yardım zəruri ərzaq məhsullarını əhatə edib. Sübhan Talıblı bildirib ki, növbəti ayda da bu cür tədbirin həyata keçirilməsi planlaşdırılır.