Xəbərlər
12.06.2020 - 13:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ İLK TƏŞKİLATI OLAN AKADEMİK YUSİF MƏMMƏDƏLİYEV ADINA NEFT KİMYA PROSESLƏRİ İNSTİTUTUNDA PANDEMİYA İLƏ ƏLAQƏDAR OLARAQ İNSTİTUTUN AZTƏMİNATLI ƏMƏKDAŞLARINA ƏRZAQ YARDIMI GÖSTƏRİLİB

AMEA Azad Həmkarlar İttifaqı və akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən koronavirus pandemiyası dövründə müəssisənin ehtiyacı olan 123 aztəminatlı əməkdaşına ərzaq yardımı göstərilib.

İnstitutun Həmkarlar Təşkilatının sədri Bəhruz Paşayevin və digər rəhbər işçilərin iştirakı ilə müəssisədə çalışan aztəminatlı ailələrdən olan əməkdaşlara sosial məsafənin gözlənilməsi şərti ilə ərzaq yardımı təqdim olunub.

Yardım paketinə 20 adda müxtəlif növ gündəlik təlabat üçün lazım olan ərzaq məhsulları daxil edilib.