Xəbərlər
12.06.2020 - 11:30
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ İLK TƏŞKİLATI OLAN KATALİZ VƏ QEYRİ-ÜZVİ KİMYA İNSTİTUTUNDA PANDEMİYA İLƏ ƏLAQƏDAR OLARAQ İNSTİTUTUN AZTƏMİNATLI ƏMƏKDAŞLARINA ƏRZAQ YARDIMI GÖSTƏRİLİB
AMEA-nın Azad Həmkarlar İttifaqı və Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən koronavirus pandemiyası dövründə müəssisənin ehtiyacı olan aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstərilib. Mərasimdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev və AHİ-nin sədri, professor Habil Qurbanov da iştirak ediblər. Yardım paketinə 18 adda müxtəlif növ gündəlik tələbat üçün lazım olan ərzaq məhsulları daxil edilib. Tibbi maskadan istifadə və sosial məsafə gözlənilməklə sovqatlar əməkdaşlara paylanılıb.