Xəbərlər
05.06.2020 - 17:00
AMEA-NIN ƏSAS BİNASI YENİDƏN DEZİNFEKSİYA OLUNUB

Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə ölkəmizin aidiyyəti dövlət orqanları tərəfindən kompleks tədbirlər icra olunur.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq, AMEA-da Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə mütəmadi olaraq sanitar-dezinfeksiya və digər qabaqlayıcı işlər həyata keçirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 31 may 2020-ci il tarixindən etibarən dövlət müəssisələrində çalışan işçilərin sayı ilə bağlı məhdudiyyət ləğv edildiyindən AMEA-da da bütün əməkdaşların işə davamiyyəti 1 iyun 2020-ci il tarixindən bərpa olunub.

Akademiyanın fəaliyyəti bərpa edildikdən sonra qurumun Əsas binasının iş və laboratoriya otaqları AMEA-da Azad Həmkarlar İttifaqının təşkilatçılığı və maliyyə dəstəyi ilə yenidən dezinfeksiya olunub, işə çıxan əməkdaşlar maska, spirt və digər qoruyucu vasitələrlə təmin olunublar.

Bununla yanaşı, əməkdaşlar arasında laboratoriyalarda sosial məsafənin saxlanılması tələblərinə riayət etmələri barədə maarifləndirmə işləri aparılıb.