Xəbərlər
20.06.2020 - 13:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ İLK TƏŞKİLATI OLAN FOLKLOR İNSTİTUTUNDA PANDEMİYA İLƏ ƏLAQƏDAR OLARAQ İNSTİTUTUN AZTƏMİNATLI ƏMƏKDAŞLARINA ƏRZAQ YARDIMI GÖSTƏRİLİB

AMEA Folklor İnstitutu Həmkarlar Təşkilatı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xalqa müraciət və çağırışlarına səs verərək koronavirus pandemiyası dövründə institut əməkdaşları arasında maarifləndirmə işlərinin aparılması, institutun aztəminatlı ailələrinə maddi yardım və ərzaq sovqatlarının paylanması məqsədilə bir sıra tədbirlər həyata keçirib.

Hələ pandemiya dövrünün başlanğıcında Folklor İnstitutu Həmkarlar Təşkilatı müvafiq sanitariya və gigiyena-dezinfeksiya xidməti əməkdaşlarının iştirakı ilə koronavirus pandemiyasına qarşı bir sıra qabaqlayıcı və önləyici tədbirlər həyata keçirib, otaqlar və dəhlizlər dezinfeksiya edilib.

Folklor İnstitutu Həmkarlar Təşkilatı növbəti tədbirini AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə iyun ayının 20-də gerçəkləşdirib. Folklor İnstitutu Həmkarlar Təşkilatının sədri, fil.ü.f.d., dosent Tahir Orucov və Folklor İnstitutunun ümumi işlər üzrə direktor müavini Abuzər Gülməmmədovun iştirakı ilə institutun 140-dan çox əməkdaşına ərzaq yardımı göstərilib.

Folklor İnstitutu Həmkarlar Təşkilatı gələcəkdə də bu cür xeyirxah tədbirlərinin həyata keçirilməsini planlaşdırır.