Xəbərlər
30.06.2020 - 12:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ İLK TƏŞKİLATI OLAN GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA PANDEMİYA İLƏ ƏLAQƏDAR OLARAQ İNSTİTUTUN AZTƏMİNATLI ƏMƏKDAŞLARINA ƏRZAQ YARDIMI GÖSTƏRİLİB

AMEA-nın Azad Həmkarlar İttifaqı və Geologiya və Geofizika İnstitutunun Həmkarlar Təşkilatı ölkədə koronavirus pandemiyası ilə mübarizə aparıldığı dövrdə Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışını rəhbər tutaraq institutun 60 nəfər aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstəriblər.

Sosial məsafə gözlənilməklə institutun Həmkarlar Təşkilatının sədri Kamran Əliyevin və bir qrup məsul şəxsin iştirakı ilə elmi müəssisədə çalışan aztəminatlı əməkdaşlara ərzaq yardımı təqdim olunub. Yardım paketləri 15 növ gündəlik tələbat və ərzaq məhsulundan ibarət olub.