Xəbərlər
06.10.2020 - 15:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQI VƏ İLK TƏŞKİLATLARI SİLAHLI QÜVVƏLƏRƏ YARDIM FONDUNA İANƏ ETMİŞDİR

Azərbaycan-Ermənistan sərhəddində sentyabr ayının 27-dən Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması və sərhədboyu ərazilərimizi iriçaplı artilleriya qurğularından atəşə tutması nəticəsində başlanmış olan müharibə nəticəsində  mülki vətəndaşlar və hərbiçilər müxtəlif dərəcəli ağır xəsarətlər almış və həlak olmuşlar.

Belə bir həssas dönəmdə bir çox dövlət qurumları və özəl təşkilatlar kimi AMEA-nın Azad Həmkarlar İttifaqı və ilk təşkilatları da orduya dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ilkin olaraq 20.000 (iyirmi min) manat ianə etmiş, əlavə olaraq isə 40.500,00 (qırx min beş yüz) manat məbləğində ianə etmişdir və bu proses davam etdiriləcək. İanədə iştirak edən təşkilatların adları aşağıdakılardır:

1.  AMEA Azad Həmkarlar İttifaqının aparat işçilərinin əmək haqqından – 3.000,00 AZN;

2. İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar Komitəsi – 6.000,00 AZN;

3. H.Cavidin Ev Muzeyinin Həmkarlar Komitəsi – 1.500,00 AZN;

4. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Həmkarlar Komitəsi – 8.000,00 AZN;

5. Əlyazmalar İnstitutunun Həmkarlar Təşkilatı – 3.000,00 AZN;

6.  Radiasiya Problemləri İnstitutunun Həmkarlar Komitəsi – 2.000,00 AZN;

7. Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsi – 2.000,00 AZN;

8. Neft Kimya Prosesləri İnstitutunun Həmkarlar Komitəsi – 3.000,00 AZN;

9. İqtisadiyyat İnstitutunun Həmkarlar Komitəsi – 1.000,00 AZN;

10. Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Həmkarlar Komitəsi – 5.000,00 AZN;

11. Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun Həmkarlar Komitəsi – 6.000,00 AZN.