Xəbərlər
08.10.2020 - 10:00
AMEA-NIN RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU ERMƏNİ HƏRBİ BİRLƏŞMƏLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASINA QARŞI KEÇİRDİYİ HƏRBİ TƏXRİBATINA QARŞI ƏKS-HÜCUM ƏMƏLİYYATLARI KEÇİRƏN AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNƏ YARDIM FONDUNA VƏSAİT KÖÇÜRÜB

Ölkəmiz üçün çətin və eyni zamanda şanlı bir dövrdə istər Azərbaycan əsgəri və zabitlərinin göstərdikləri fədakarlıq, istərsə də Azərbaycan xalqının nümayiş etdirdiyi möhkəm birlik, həmrəylik və Vətənə sevgi hər bir vətəndaşımızın milli qürur və fəxarət hissi yaşamasını şərtləndirib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Ordusunun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəm olmasına və hərtərəfli təmin edilməsinə baxmayaraq,  ərazi bütövlüyünün müdafiəsi, işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda böyük əzm və şücaətlə döyüşən rəşadətli Ordumuza dəstək məqsədilə AMEA-nın Riyaziyyat və Mexanika insititutu 6400 manat, İnstitutun Həmkarlar İttifaqı tərəfindən 2000 manat, ümumilikdə Yardım Fonduna 8400 manat vəsait köçürülmüşdür.  

Ali Baş komandanın qeyd etdiyi kimi Azərbaycan Ordusunun öz missiyasını uğurla icra edəcəyini və etdiyini, tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağını vurğulayaraq  AMEA əməkdaşları adından Vətən uğrunda şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Qələbə bizimlədir.