Xəbərlər
08.10.2020 - 17:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ İLK TƏŞKİLATLARI SİLAHLI QÜVVƏLƏRƏ YARDIM FONDUNA İANƏ ETMİŞDİR

Azərbaycan-Ermənistan sərhəddində sentyabr ayının 27-dən Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması və sərhədboyu ərazilərimizi iriçaplı artilleriya qurğularından atəşə tutması nəticəsində başlanmış olan müharibə nəticəsində  mülki vətəndaşlar və hərbiçilər müxtəlif dərəcəli ağır xəsarətlər almış və həlak olmuşlar.

Belə bir həssas dönəmdə bir çox dövlət qurumları və özəl təşkilatlar kimi AMEA-nın Azad Həmkarlar İttifaqı və ilk təşkilatları da orduya dəstək olmaq məqsədilə ilkin olaraq göndərdiyi 60.500,00 (altmış min beş yüz) manatdan əlavə növbəti dəfə Silahlı Qüvvələrə Yardım Fonduna 9.000,00 (doqquz min) manat məbləğində ianə etmişdir və bu proses davam etdiriləcək. İanədə iştirak edən təşkilatların adları aşağıdakılardır:

 

1.  Neft Kimya Prosesləri İnstitutu – 5.000,00 manat (ilkin olaraq 3.000,00 manat məbləğində ianə etmişdir);

2.Fəlsəfə və Sosiologiya İnstitutu – 2.000,00 manat;

3. Polimer Materialları İnstitutu – 2.000,00 manat.

 

Eyni zamanda Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 1 nəfər əməkdaşı və Respublika Seymoloji Xidmət Mərkəzinin əməkdaşının övladı döyüşlərə könüllü olaraq yollanmış və şəhid olmuş, onların ailələrinə Həmkarlar Komitəsinin fondundan maddi yardım edilmiş, Fəlsəfə və Sosiologiya İnstitutunun 1 nəfər və Radiasiya Problemləri İnstitutunun isə 2 nəfər orduya könüllü olaraq yollanmış və hazırda ordu sıralarında döyüşən əməkdaşlarının ailələrinə maddi yardım edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının təşkilatçılığı və maliyyə dəstəyi ilə 33 ədəd Azərbaycan Respublikasının bayrağı və 22 ədəd Türkiyə Respublikasının bayrağı alınıb İlk təşkilatlara paylanılmışdır.