Xəbərlər
19.10.2020 - 12:00
MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİ AZTƏMİNATLI ƏMƏKDAŞLARA ƏRZAQ PAYI YARDIMI TƏQDİM EDİB

AMEA Milli Azərbaycan Tarixi Muzeyi Həmkarlar Təşkilatının dəstəyi ilə aztəminatlı ailələrə ərzaq payı yardımı məqsədilə tədbir keçirilib.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyi Həmkarlar Təşkilatının sədri İnarə Muradəliyeva çıxış edib. O, bildirib ki, pandemiya dövrünün başlanğıcından etibarən Muzeyə müvafiq qurumların əməkdaşları və həkimlər dəvət olunub, koronavirusla bağlı geniş maarifləndirici tədbirlər təşkil edilib. Həmçinin yaşı 65-dən yuxarı olan əməkdaşlara və aztəminatlı ailələrin üzvlərinə maddi yardımlar göstərilib.

İ.Muradəliyeva çıxışında son günlərdə COVID-19 virusuna yoluxma sayının artmasından narahatlığını bildirib, mövcud vəziyyətdə hər bir vətəndaşın karantin qaydalarına məsuliyyətli yanaşması ilə vətənə və xalqa ən böyük faydanı göstərə biləcəyini qeyd edib. Sonda isə Muzeyin aztəminatlı əməkdaşlarına ərzaq payı yardımı paylanılıb.