Xəbərlər
03.04.2014 - 13:32
AMEA-nın gənc alimləri Quba məzarlığını ziyarət ediblər

AMEA Gənc Alim və Mütəxəssislər Şurası Qubada 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirib. AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, öncə gənc alimlər Quba Soyqırımı Memorial Kompleksində soyqırım qurbanlarının xatirəsini yad ediblər.

 

Qubadakı Heydər Əliyev Mərkəzində keçirilmiş tədbiri giriş sözü ilə rayonun Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalıyev açıb. M. Nöhbalıyev 1918-ci il erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar və onun acı nəticələrindən danışıb.

 

Tədbirdə çıxış edən Şuranın sədri Famin Salmanov deyib ki, Quba kütləvi məzarlığındakı qətlə yetirilmiş vətəndaşlarımız əslində bir əsrin sirlərini özündə yaşadan və bizi tariximizə qovuşduran həqiqətlərimizdir: “Bu həqiqətləri üzə çıxarmaq, dünyada ictimailəşdirmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Bu təşəbbüsdə gənc nəslin nümayəndələri kimi bizim məsuliyyətimiz daha çox, yükümüz daha ağırdır”