Xəbərlər
20.10.2020 - 12:30
ZOOLOGİYA İNSTİTUTUNUN VƏ AMEA AZAD HƏMKARLAR İTTİFAQININ TƏŞKİLATÇILIĞI İLƏ AZTƏMİNATLİ ƏMƏKDAŞLARA ƏRZAQ YARDIMI EDİLİB

19 oktyabr 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunun və  AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə aztəminatli əməkdaşlara ərzaq yardımı edilib. Tədbiri institutun direktor vəzifəsini icra edən, b.e.d. Elşad Əhmədov açaraq yardımın verilməsinin  məqsədi koronavirus pandemiyası dövründə institut əməkdaşlarına kömək etməkdən ibarət olduğunu vurğulayıb, əməkdaşlarla profilaktik söhbətlər aparıb, karantin rejiminin tələblərinə riayət olunmasını tövsiyə edib. Tədbirdə iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov  Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində işğal altındakı bir sıra ərazilərin azad olunması münasibəti ilə əməkdaşları təbrik edib, hərbiçilərimizə uğurlar arzulayıb.  Sonra ölkəmizdə və dünyada tüğyan edən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökumətinin bütün zəruri addımları atdığını, təxirəsalınmaz tədbirlərin həyata keçirdiyini vurğulayıb.

Tədbirin sonunda institutun 83 nəfər əməkdaşına ərzaq yardımı göstərilib.