Xəbərlər
13.10.2020 - 14:09
RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU SİLAHLI QÜVVƏLƏRƏ YARDIM FONDUNA İANƏ EDİB

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə öz vəzifə maaşlarından könüllü olaraq 5370 manat, İnstitutun Həmkarlar Təşkilatı tərəfindən isə 2000 manat vəsait Silahlı Qüvvələrə Yardım Fonduna köçürülüb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

İnstitutun Həmkarlar Təşkilatı fondundan torpaqlarımızın düşməndən azad edilməsi üçün əks hücum əməliyyatlarında könüllü iştirak edən 2 əməkdaşın ailələrinə kömək məqsədi ilə 1 aylıq əməkhaqları  miqdarında maddi yardım edilib.