Xəbərlər
03.11.2020 - 12:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQI VƏ ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN HƏMKARLAR TƏŞKİLATININ TƏŞƏBBÜSÜ İLƏ MÜLKİ VƏTƏNDAŞLARA YARDIM PAYLANILDI

Azərbaycan-Ermənistan sərhəddində sentyabr ayının 27-dən Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması və sərhədboyu ərazilərimizi iriçaplı artilleriya qurğularından atəşə tutması nəticəsində başlanmış olan müharibə nəticəsində Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində müvəqqəti olaraq yerləşmiş Tərtər rayonundan olan mülki vətəndaşlar üçün AMEA Azad Həmkarlar İttifaqı və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar Təşkilatının təşəbbüsü ilə “Nikai NTV4516 LED” markalı televizor,  56 ədəd dəsmal və yataq dəsti alınıb onlara aparılmışdır. Arxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Əbuzər Ələkbərov şəxsən özü onlarla görüşmüş, alınan malları təqdim etmişdir. Arxeologiya və Etnoqrafiya İnstitutu bu təqdirəlayiq missiyanı Binəqədi rayon 7-ci mikrorayonda yerləşən “Ay Clinic”, “MEM” Psixologiya Mərkəzi və “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatı ilə birlikdə həyata keçirmişdir. Sözügedən təşkilatların köməyi ilə mətbəx ləvazimatları, pal-paltar, yorğan-döşək, xalçalar, təmizlik vasitələri və 2 ədəd qoyun alınıb mülki vətəndaşlara  verilmişdir.

Orada məskunlaşmış ailələr belə bir çətin vaxtda onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Bir olaq! Birlikdə olaq! Qarabağa dəstək olaq!

Qarabağ Azərbaycandır!