Xəbərlər
29.11.2020 - 15:00
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI AZAD HƏMKARLAR İTTİFAQININ SƏDRİ, H.Ü.E.D., PROFESSOR HABİL QURBANOV AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, CƏNAB ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR MƏKTUBU ÜNVANLAYIB

Əziz Prezidentimiz! Dünya şöhrətli Ali Baş Komandanımız! Mən böyük bir sevinc içində bütün ağdamlıların, həm də öz adımdan təşəkkürümü Sizə çatdırmaq istəyirəm. Siz artıq bütün dünyanın tanıdığı, dəyər verdiyi böyük tarixi şəxsiyyətsiniz. Siz Azərbaycan tarixinin böyük xilaskar sərkərdələrindən birisiniz. Siz Qarabağı xilas etməklə bütün Azərbaycanı, onun gələcəyini xilas etdiniz. Dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycan xalqı, Türk dünyası fərəh içindədir. Bu fərəh ölkəmizdə böyük bir intibah dövrünün başlanğıcıdır. Artıq 4 gündür ki, bütün Ağdama sanki qeyri-adi dərəcədə gözəl bir gün işığı səpələnib. Ağdamın bir ovuc torpağına həsrət qalan ağdamlılar indi bütün Ağdama sahibdirlər. Ağdamın bütün şəhidlərinin qanı tökülən bu torpaq artıq mənfur düşməndən azad olub. Əziz Prezidentimiz! Bütün ağdamlılar Ağdam şəhərinin, kəndlərinin quruculuğu yolunda əllərindən gələni edəcəklər. Ağdamlıların ruhunda muğam ruhu var. Ağdamlılar həm də muğamdan doğulurlar. Ağdamın yüksəlməsinə həm də muğamın ruhu kömək edəcək. Ağdam həm də böyük, dünya şöhrətli alimlər, öz işinin mahir bilicisi olan mütəxəssislər, əməksevər, vətənpərvər insanlar diyarıdır. Ağdam təhsil sistemi hər zaman öz böyük uğurları ilə ölkəmizdə məşhur olub. Ağdamın münbit torpağı qızıl torpaqdır. Bu böyük potensial inşallah tez bir zamanda Sizin arzu etdiyiniz kimi yüksələcək. Siz dünyanın ən böyük mükafatını - xalq məhəbbətini aldınız! Yüz yaşayın! Sağlam, uğurla, fərəhlə yaşayın!

https://president.az/articles/48007