Xəbərlər
09.12.2020 - 11:48
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI AZAD HƏMKARLAR İTTİFAQI VƏ İLK TƏŞKİLATLAR TƏRƏFİNDƏN “YAŞAT” FONDUNA İANƏ EDİLMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu yaradılıb.

Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı və İlk təşkilatlar da fonda yardım məqsədilə 16.000,00 (on altı min) manat məbləğində maddi yardım etmişdir.