Xəbərlər
29.12.2020 - 10:43
DENDROLOGİYA İNSTİTUTUNUN HƏMKARLAR TƏŞKİLATI ZƏFƏR QƏLƏBƏSİ MÜNASİBƏTİ İLƏ İNSTİTUT KOLLEKTİVİNƏ ƏRZAQ YARDIM PAYLAYIB.

Zəfər yalnız qalib xalqın alnına və birdəfəlik yazılır. İtkilərimiz olsa belə Ali Baş Komandanımızın rəhbərliyi altında yenilməz Ordumuzun qazandığı Möhtəşəm Zəfər xalqı, qurub-yaratmağa, xoşbəxt həyata, Biz birlikdə güclüyük olmağa səsləyir.

 Dekabırın 28- də  AMEA-nın Dendrologiya İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Həmkarlar ittifaqı komitəsinin sədri Tünzalə Zeyvəliyeva Azad Həmkarlar İttifaqı Komitəsinin xətti ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər münasibəti ilə elmi müəssisənin kollektivinə ərzaq yardımı paylayıb.  Bununla yanaşı Azərbaycan Respublikasının prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə ölkəmizin ərazi bütövlüyünün  müdafiəsi ilə əlaqədar yaralıların şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fonduna  2912 manat məbləğində vəsait köçürülüb.