Xəbərlər
15.01.2021 - 10:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ VƏ İLK HƏMKARLAR TƏŞKİLATLARININ FONDUNDAN QARABAĞ DİRÇƏLİŞ FONDUNA VƏSAİT KÖÇÜRÜLMÜŞDÜR

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə ölkə başçısının 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında Qarabağ Dirçəliş Fondu yaradılıb.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin təşəbbüsü ilə akademiyanın Azad Həmkarlar İttifaqının və ilk həmkarlar təşkilatlarının fondundan Qarabağ Dirçəliş Fonduna 20 min manat məbləğində vəsait köçürülüb.