Xəbərlər
22.01.2021 - 15:00
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI TƏRƏFİNDƏN GƏNC ALİMLƏRİN TƏLTİF EDİLMƏSİ

22 yanvar 2021-ci ildə AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası sədr Habil Qurbanov açdı. Sədr gündəlikdəki məsələlərlə iclas üzvlərini tanış etdi. Gündəlikdəki məsələlərdən biri də “İlin peşəkar gənci” müsabiqəsinin 2019-cu il üzrə qaliblərinin AHİK tərəfindən Fəxri fərman, vəsiqə və döş nişanı ilə təltif olunması barədədir. Elmlər Akademiyasından 2020-ci ildə 3 nəfər gənc alimin adı verilmişdir. Onlar Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Məmmədova Könül Rafiq qızı, Radiasiya Problemləri İnstitutunun kiçik elmi işçisi Quliyeva Nərmin Rafiq qızı və Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Əliyev Taleh Vasif oğludur. Hər il AHİK-in böyük zalında Millət vəkili, AHİK-in sədri S.Möhbalıyev təntənəli olaraq onların təltif olunmalarını təşkil edirdi. Bu il pandemiya ilə əlaqədar olaraq məcbur qalıb bura dəvət etmişik və bu iclasda onları təltif edirik. Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Könül xanım işdə böyük fəallıq göstərir, gəldiyi qısa müddətdə işlədiyi institutuda böyük işləri var. Hətta vəkillik fəaliyyəti ilə də məşğuldur. Belə perspektivli gənc alimlərimiz artıq çoxdur, təbrik edirəm. Bundan da böyük nailiyyətlərin olsun. Növbəti gənc alimlər Radiasiya Problemləri İnstitutunun kiçik elmi işçisi Quliyeva Nərmin və Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Əliyev Taleh-hər birinizi təbrik edir, Sizə elmi işlərinizdə və şəxsi həyatınızda uğurlar arzu edirəm. Eyni zamanda bildirmək istəyirəm ki, hər biriniz Həmkarlar tərəfindən 200,00 (iki yüz) manat məbləğində mükafatlandırılacaqsınız. Bu il də Elmlər Akademiyasından 3 nəfər gənc alimin adını “İlin peşəkar gənci” adına layiq görülmək üçün vermişik. Gənc alimlər hər bir zaman bizim diqqət mərkəzimizdədir. Onlara hər bir zaman dayağıq.