Xəbərlər
26.02.2021 - 16:00
FEVRALIN 26-DA AMEA-NIN DENDROLOGİYA İNSTİTUTUNDA XOCALI SOYQIRIMININ 29-CU İLDÖNÜMÜNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu bildirib. Qeyd edib ki, Xocalı faciəsinə hüquqi və siyasi qiyməti ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verilib. Bu gün də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir və artıq dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar, o cümlədən ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Ermənistanı işğalçı dövlət kimi tanıyır.

Daha sonra İnstitutun “İctimaiyyətlə əlaqələr şöbəsinin”  müdiri, Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva çıxış edərək, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri qanlı cinayətlər barədə məlumat verib. O, çıxışında  Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer aldığını, əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürü olduğunu vurğulayıb.  Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasında, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımların atılmasından da danışaraq, əlavə edib ki bu gün  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasına daxil edilməsi ölkəmizin hərbi potensialının yüksək səviyyədə olduğunun göstəricisidir.

Tədbirin snunda Xocalı soyqrımın xatrirə qurbanlarına həsr olunmuş sənədli filmi nümayiş olunub.

 

Zəfər tarixini öz qanı canı ilə yazan həmvətənlərimizi dərin hörmətlə anırıq. Allah rəhmət eləsin!

  1.