Xəbərlər
03.03.2021 - 14:00
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARININ YARANMASININ 115 İLLİYİ İLƏ ƏLAQƏDAR TƏLTİF OLUNANLAR ARASINDA AMEA AZAD HƏMKARLAR İTTİFAQININ 7 İLK HƏMKARLAR TƏŞKİLATI SƏDRLƏRİ DƏ VAR.

03 mart 2021-ci il tarixində AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin növbəti iclasında AHİK tərəfindən Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasının 115 illiyi münasibəti ilə təsis edilmiş yubiley döş nişanları ilə təltif olunmuş əməkdaşlarla görüş keçirildi.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqlarının 115 illiyi münasibəti ilə təsis olunmuş yubiley döş nişanı ilə həmkarlar ittifaqı hərəkatında səmərəli xidmətlərinə görə fərqlənən Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanovla yanaşı AMEA Azad Həmkarlar İttifaqının ilk təşkilatlarının 7 sədri də təltif olunub. Yubiley döş nişanı ilə təltif olunanlar arasında 2 nəfər qadın sədri isə  Habil müəllim qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təbrik etdi.