Xəbərlər
05.03.2021 - 14:00
RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASIBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda tədbir keçirilib.
Tədbirdə müəssisənin Həmkarlar İttifaqının sədri, dosent İradə Mirzəzadə institutun xanım əməkdaşlarını təbrik edib, onlara respublikanın ictimai həyatında, o cümlədən AMEA – dakı fəaliyyətlərində yeni uğurlar arzulayıb. O bildirib ki, bu gün respublikamızda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti, ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Daha sonra xanımlara hədiyyələr təqdim edilib.