Xəbərlər
05.03.2021 - 17:00
AMEA DENDROLOGİYA İNSTİTUTUNDA 8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

5 mart 2021-ci il tarixində  AMEA Dendrologiya İnstitutunda  8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Giriş sözü ilə çıxış edən AMEA-nın müxbir üzvü Dendrologiya İnstitutunun direktoru,  Tofiq Məmmədov rəhbərlik etdiyi elmi müəssisənin qadın əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə İnstitutda   işləyən qadın əməkdaşları və onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara can sağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Dendrologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri  Tünzalə Zeyvəliyeva Azərbaycan qadınlarının tarixi xidmətlərindən, cəmiyyətdəki rolundan və nüfuzundan bəhs edib. Bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra onlar ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının fəal iştirakçısına çevrilib, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində çoxsaylı nailiyyətlər qazanıblar.

Tədbirin sonunda institutun elmi və ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Fəxri fərmanlar təqdim olunub.