Xəbərlər
09.03.2021 - 13:00
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI AZAD HƏMKARLAR İTTİFAQININ SƏDRİI, H.Ü.E.D., PROFESSOR HABİL QURBANOVUN “ROSSİYSKİY SUDYA” JURNALINDA MƏQALƏSİ DƏRC OLUNDU

Bu günlərdə Rusiyanın hüquq sistemində nüfuzlu “Rossiyskiy sudya” jurnalının birinci nömrəsində Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, h.ü.e.d., professor Habil Qurbanovun “Четырехуровневая система противодействия преступности профессора Х.Д.Аликперова (« Кримквартет Аликперова»)” adlı məqaləsi dərc olunmuşdur. Müəllif bu əsərdə Xanlar Ələkpərovun cinayətkarlığa qarşı dörd səviyyəli mübarizə sistemindən bəhs edir. Belə ki, Xanlar Ələkpərovun “Cəza tədbirinin müəyyənləşdirilməsinin elektron texnologiyası” sistemi optimal cəza tədbirinin müəyyənləşdirilməsi üçün elektron sistem konsepsiyasının əsas müddəalarını müəyyənləşdirir, məzmunu və sosial-hüquqi şərti açıqlayır, “Ədalət mühakiməsinin elektron tərəzisi” ilə optimal cəza tədbirinin yaradılması prinsipi göstərilir, cəzanı fərdiləşdirmə alqoritmləri təhlil edilir. Optimal cəzanın təyin edilməsi üçün təklif olunan texnologiya, hökm oxumaqda vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına, əsassız dərəcədə sərt və əsassız olaraq yüngül cəzaların minimuma endirilməsinə, məhkəmə qərarının həcminin və hüdudlarının asanlaşdırılmasına, məhkəmə səhvlərinin və cəzanın təyin edilməsində sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Təklif olunan texnologiyanın özünəməxsusluğu və orijinallığı, cinayət hüququ nəzəriyyəsində ilk dəfə olaraq cəza təyinetmə müddətinin mümkün qədər rəsmiləşdirilməsində və cəzanın təyin edilməsi prosedurunun cinayət işi və hakimin təqdim etdiyi təqsirkar şəxs haqqında ilkin məlumatlara əsasən avtomatik olaraq həyata keçirilməsindədir. Bununla yanaşı, məhkəmə işində qəbul edilmiş qərarın hakimin əhval-ruhiyyəsindən, şıltaqlıqlarından və ya sui-istifadələrindən asılılığını istisna edir, lakin cəza təyin etmə prosesinin özü isə şəffaf və asanlıqla idarə oluna bilər.

Professor Ələkbərov ədalətsiz hökmlərin səbəblərinin yalnız ayrı-ayrı hakimlərin şəxsiyyətinin peşəkar və ya mənəvi-əxlaqi deformasiyasında kök saldığına, yaxud konkret bir cinayət işinə baxılarkən və həll edilərkən kənar qüvvələrin hakimin prosessual fəaliyyətinə müdaxiləsi ilə əlaqəli olduğuna inanır.

Cinayətin ağırlığına və cinayətkarın şəxsiyyətinə uyğun qanuni və ədalətli bir cəza təyin etmək üçün hakim yalnız cinayət hüququ, cinayət prosesi və s. sahələrində deyil, ən azından məhkumun cəzasını çəkmə müddətində davranışının proqnozlaşdırılması nəzəriyyəsində, penologiya və penitensiar psixologiyada da dərin biliklərə sahib olmalıdır.

Professor X.C.Ələkbərovun “Ədalət mühakiməsinin elektron tərəzisi” texnologiyası dünyada analoqu olmayan misilsiz bir elmi ixtiradır. Bunu, Rusiya Federasiyası Əqli Mülkiyyət Federal Xidməti tərəfindən 2019-cu il 15 may tarixində verilmiş EHM üçün “Optimal cəzanın təyin edilməsi üçün elektron sistem” kompüter proqramının dövlət qeydiyyatı Sertifikatı da təsdiqləyir.

X.C.Ələkbərovun bu bənzərsiz elmi əsərlərinin qısa təsviri, cinayət hüququ və cinayət prosesi tarixinin lövhələrinə cinayətkarlıqşünaslıq sahəsində bir master-klass kimi, onların müəllifi isə ədalət mühakiməsi sahəsində bir sıra anlaşılmaz dərəcədə mürəkkəb çoxəsrlik problemləri həll etməyi bacaran bir alim kimi daxil olacağını göstərir.