Xəbərlər
01.04.2021 - 11:49
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN ƏMƏKDAŞLARINA NOVRUZ SOVQATININ PAYLANMASI HAQQINDA

2021-ci il mart ayında AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarına Novruz sovqatı paylanmışdır. Tədbir Dilçilik İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən həyata keçirilmişdir. Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar Təşkilatı 03 mart tarixində iclas keçirib tədqiqiat institutunun zəhmətkeş əməkdaşlarının hər birinə Novruz bayramı münasibəti ilə ərzaq mallarından ibarət bayram bağlamasının təqdim olunmasına qərar vermişdir.  Qeyd edək ki, artıq neçə illərdir Dilçilik İnstitutunda Novruz bayramı ərəfəsində əməkdaşlara bayram sovqatı verilir. Bu il də həmin ənənə davam etdirilmişdir. Lakin əvvəlki illərdən fərqli olaraq ölkədə artıq bir ildən çox davam edən pandemiya şəraiti, işçilərin maddi vəziyyəti nəzərə alinaraq, bütün əməkdaşlara, o cümlədən institutda 0,5 ştatda çalışan içşilərə, əyani magistr və doktorantlara da “BAZARSTORE” MMC mağazalar şəbəkəsindən alınmış bayram sovqatları paylanmışdır. Nəzərə alınmışdır ki, bu tədbir ildə yalnız bir dəfə olur və bütün əməkdaşlar bayram sovqatını səbrsizliklə gözləyirlər. Həmçinin İnstitut Həmkarlar Təşkilatı pandemiya ilə əlaqədar, əməkdaşlar üçün bayram şənlikləri, səyahətlərin təşkilini dayandırdığı üçün bu şəkildə bütün işçilər sevindirilmişdi.

Dilçilik İnstitutunun rəhbərliyi, o cümlədən bütün əməkdaşları AMEA Həmkarlar İttifaqının rəhbərliyinə və institutu Həmkarlarlar Təşkilatına öz təşəkkür və minnətdarlıqlarını bildirmişlər.