Xəbərlər
13.04.2021 - 18:00
AMEA-DA NÖVBƏTİ DƏFƏ ƏMƏKDAŞLARIN VAKSİNASİYASI HƏYATA KEÇİRİLİB

Azərbaycan Milli Elmlər Akademiyası “TƏBİB”-in Cəlil Məmmədquluzadə küçəsində yerləşən modul tipli xəstəxanasında 13 aprel 2021-ci il tarixində 40-49 yaş qrupundan olan akademiya əməkdaşlarının vaksinasiyasını təşkil etmişdir. 200-dən artıq əməkdaşımız peyvənd olunmuşdur. Peyvəndləmə iki mərhələdən ibarət olduğu üçün əməkdaşlar bir neçə müddətdən sonra yenidən virus əleyhinə peyvənd olunacaqlar.

Qeyd edək ki, öncəki iki vaksinasiyanın birinci mərhələsində vaksin olunan əməkdaşlarımız ikinci vaksinasiyada da iştirak etmişlər və heç bir əks göstərişlə rastlaşmamışlar. Tibbi personalın peşəkarlığını və pasiyentlərə qarşı diqqətliliyini isə xüsusilə qeyd etmək olar.